banner
banner

Dünya

Poroşenko və Tramp arasında telefon danışığı olub

Poroşenko və Tramp arasında telefon danışığı olub
Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər tezliklə təkbətək görüşün keçirilməsinə dair razılığa gəliblər.  
 
Poroşenko Trampı Ukraynaya səfər etməyə dəvət edib.   
 
“Poroşenko aktiv əməkdaşlığa hazır olduğunu Trampa  bildirib və ABŞ-ın Ukraynaya Rusiya işğalına qarşı dəstək göstərməkdə davam etməsinin vacib olduğunu qeyd edib”, -deyə məlumatda qeyd olunub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.