Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova tövbə edib. Bu haqda Modern.az saytına açıqlama verən Y.Zeynalova hazırda nəvələrilə məşğul olduğunu deyib:
“Artıq bir ildir ki, baxıcılıq etmirəm. Tövbə etmişəm. Ona görə də, qapıya gələn, zəng edib xahiş edənlərin hamını geri qaytarıram. Nəvələrim olub, vaxtımı onlarla keçirirəm. Hələ ki Həcc ziyarətinə gedə bilməmişəm. Amma arzumdur ki, gedim. İnşallah, Həccə gedib gələndən sonra yenə sizə müsahibə verəcəm”.
Y.Zeynalova baxıcılıq etməsə də, elə jurnalistlərin özündən ona çoxsaylı müraciətlər daxil olduğunu deyib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.