banner
banner

Gündəm

“Direktor məktəbli qıza təcavüz etməyib...”

“Direktor məktəbli qıza təcavüz etməyib...”

Zərdab Rayon Təhsil Şöbəsi məktəblini zorlamaqda ittiham olunan direktorla bağlı məlumat yayıb.

Virtualaz.org-a daxil olan məlumatda qeyd olunur ki, Zərdab Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23 radələrində həmin məktəbin 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.

Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında cinayət işi açılmayıb. Hazırda iş Rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır.

Abduləliyeva Nərgiz Rəmzi qızı tibbi müayinədən keçirilib və heç bir təcavüz halının olmadığı müəyyən edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.