banner
banner

Dünya

“ABŞ-dakı seçki iğtişaşlarına təbii yanaşmaq lazımdır”

“ABŞ-dakı seçki iğtişaşlarına təbii yanaşmaq lazımdır”
ABŞ-da 8 noyabr prezident seçkilərində Donald Trampın qalib gəlməsindən sonra baş qaldıran etirazlar, iğtişaşlarla, ciddi qarşıdurmalarla müşayiət olunur. Trampın prezident seçilməsindən sonra ABŞ-ın böyük şəhərlərində etiraz aksiyaları başlayıb. Ən böyük gərginlik Nyu York, San-Dieqo, Atlanta, Filadelfiya şəhərlərində olub və hələ qalır.

Bir zamanlar Azərbaycanda seçkilərdən sonra keçirilən etiraz aksiyalarının yatırılmasına, seçki pozuntularına göz yuman, bəzən hətta şərait yaradan ABŞ-ın indi özü seçkisonrası etiraz aksiyaları ilə üz-üzə qalıb. 
 
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, əslində seçki sonrası etirazlara təbii yanaşmaq lazımdır. Çünki, seçkilərdə udan tərəflə yanaşı uduzan tərəf də vardır və uduzan namizədin tərəfdarlarının seçkinin nəticələrinə etiraz etməsində qeyri-adi bir şey yoxdur: “Əlbəttə ki, əgər seçkilərdə total saxtalaşdırma və seçkinin nəticələrinin seçicilərin iradəsindən kənar olması faktı açıq-aşkar ortada olarsa bu artıq başqa söhbətin mövzusudur. Konkret ABŞ-da keçirilən son prezident seçkilərindən sonrakı etirazlara gəldikdə isə, fikir verirsinizsə etirazlar daha çox seçki nəticələrinin saxtalaşdırılması ilə əlaqəli deyil. Etirazçıların böyük əksəriyyəti ümumilikdə ABŞ seçki sisteminə etirazlarını bildirirlər, çünki, bu fərqli bir seçki sistemidir və ABŞ prezidenti seçicilərin birbaşa səsverməsi ilə seçilmir. 
 
Məhz bu səbəbdəndir ki, ümumi seçicilərin faiz etibarilə bir namizəd (H. Klinton) daha çox səs toplasa da digər  namizəd (D. Tramp) qalib gəlib. Yeri gəlmişkən, ATƏT-in Seçkiləri müşahidə missiyası da seçkilərlə bağlı öz mənfi rəyini verib və həmin rəydə də seçkilərlə bağlı ABŞ qanunvericiliyindən irəli gələn çatışmazlıqlar öz əksini tapıb. Etirazçıların bir qismi isə özəl xüsusiyyətlərə malik Donald Trampın ABŞ kimi fövqəldövlətin prezidenti seçilməsini həzm etməkdə çətinlik çəkirlər. Amma istənilən halda seçkilər artıq arxada qalıb. Hillari Klinton da seçkilərdə qalib gəlmiş Donald Trampı təbrik edib və etiraz dalğasının da getdikcə zəifləyəcəyi qaçılmazdır. ABŞ-dakı etirazlara, qarşıdurmalara sevinmək isə bizim prinsiplərimizə uyğun deyil”.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.