banner
banner

Dünya

Ərdoğan Okan Bayülgənə hiddətləndi

Ərdoğan Okan Bayülgənə hiddətləndi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tanınmış aktyor Okan Bayülgənə əsəbiləşib.
 
Axar.az xəbər verir ki, “Qızıl kəpənək” film festivalında ən yaxşı serial nominasiyasında qalib olan “Diriliş Ərtoğrul”un komandasına səhnədə söz verilməməsi böyük qalmaqala səbəb olub.
 
Gecənin aparıcısı Okan Bayülgənin “O, serialı izləməmişəm. Amma bundan sonra izləyəcəyəm. Hətta o serial olmadığı günlər belə TV qarşısında onu gözləyəcəyəm” sözləri birmənalı qarşılanmayıb.
 
Bir neçə gündür medianın gündəmində olan bu məsələyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan münasibət bildirib. O, Okan Bayülgənə istehzalı şəkildə ismarış göndərib:
 
“Diriliş Ərtoğrul” serialının komandasına dedim ki, heç kimə fikir verməyin, siz onsuz da millətin sevgisini qazanmısınız. Mənim nəvələrim belə o serialı izləyir. Çox gözəl serialdır. Okan Bayülgən də vaxt tapsaymış, izləyəcəkmiş serialı”.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.