banner
banner

Dünya

ABŞ-ın sabiq müdafiə naziri vəfat edib

ABŞ-ın sabiq müdafiə naziri vəfat edib

ABŞ-ın sabiq müdafiə naziri Melvin Leyrd çərşənbə günü 94 yaşında dünyasını dəyişib. O, Pentaqon rəhbəri vəzifəsini prezident Riçard Niksonun (1969-1974) dövründə tutub. 

 
"Report" xəbər verir ki, bu barədə "Milwaukee Journal Sentinel" nəşri yazıb. Jurnal qeyd edir ki, Viskonsin ştatından olan sabiq konqresmen, Vyetnamda Amerika qoşunları kontingentinin azaldılmasında əsas fiqurlardan olan keçmiş müdafiə naziri Melvin Leyrd 94 yaşında dünyasını dəyişib. 
 
Leyrd ABŞ-ın 10-cu müdafiə naziri olub və bu vəzifəni 1969-1973-cü illərdə tutub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.