ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp gələcək administrasiyasını formalaşdırmaq üçün yaxın dairəsindən namizədlərin seçimini davam etdirir.
Euronews telekanalı xəbər verir ki, Tramp iqtisadiyyatla bağlı yüksək mövqelərə “Wall Street”dən nüfuzlu şəxsləri dəvət edib. Hələlik yeni seçilmiş prezidentin planında bir nəfər də qadın namizəd yoxdur. Bu baxımdan adı ölkənin baş prokuroru postuna təklif edilən namizədlərin sırasında yer alan Pem Bondi istisna ola bilər.
Yeni seçilmiş respublikaçı-prezident maliyyə naziri postuna may ayından onun seçki qərargahına başçılıq edən multimilyonçu Stiv Mnuçini dəvət edib. Mnuçinin kütləvi vergi islahatlarının tərəfdarı olduğu bildirilir. Tramp ticarət naziri postuna 78 yaşlı milyarder Uilbur Rossu dəvət etməyi planlaşdırır. “Wall Street”in iri oyunçusu Ross ilk kapitalını iflasların idarə olunmasından qazanıb. Son 15 ildə o, sənaye sahəsinə investisiya yatırmaqla məşğuldur.
Nyu-Yorkun sabiq meri Rudolf Culiani isə dövlət katibi ola bilər. O, bu postu ABŞ-ın baş prokuroru vəzifəsindən imtina edərək seçib. Dövlət katibi postuna alternativ namizəd isə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Boltondur.
Analitiklər Rayns Pribusun Ağ Ev administrasiyanın başçısı seçilməsini Trampın aralarında onu seçkilərdə dəstəkləməyənlərin də olduğu respublikaçıların dominantlıq etdiyi Konqreslə işçi münasibətlərin qurulması istəyi kimi xarakterizə edirlər.
Tramp prezident müşaviri roluna ifrat-sağ qanada mənsub mühafizəkar siyasətçi Stiv Bennonu dəvət edib.(AzərTAc)
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.