banner
banner

Dünya

İkinci qara qutu da tapıldı

İkinci qara qutu da tapıldı

İndoneziyada dalğıclar “AirAsia” sərnişin təyyarəsinin ikinci qara qutusunu dənizdən çıxartmağa nail olub.

ANS PRESS-in məlumatına görə, qəzaya uğrayan təyyarənin ikinci qara qutusu da elə birincisinin tapıldığı yerdə aşkarlanıb. Aviaqəzanın səbəblərini öyrənmək üçün əsas factor olan qara qutu paytaxt Cakartaya göndəriləcək.

Ağır dağıntılar altında qalmasına görə qurğunun sudan çıxarılmasının vaxt aldığı bildirilir.

Xatırladaq ki, “Airbus 320” dekabrın 28-də 162 sərnişinlə Yava dənizinin şimalında radardan itmişdi. Surabayadan Sinqapura istiqamət alan təyyarənin şərnişinlərinin yalnız 48-nin cəsədi aşkar edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.