“Liverpul”un və İngiltərə millisinin sabiq üzvü Stiven Cerrard tezliklə məşqçiliyə başlaya bilər. 36 yaşlı futbolçu ilin sonunda hazırda çıxış etdiyi “Los-Anceles Qelaksi”ni tərk edəcək. Hazırda Cerrard İngiltərə üçüncü liqasında yarışan “Milton Kins Dons” klubu ilə danışıqlar aparır. 17 turdan sonra 21-ci pillədə qərarlaşan “Milton Kins Dons” rəhbərliyi bir müddət əvvəl Karl Robinsonu baş məşqçi vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, daha əvvəl Cerrardın “Liverpul” akademiyasında çalışacağı barədə xəbərlər yayılmışdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.