Los-Anceles şəhərində keçirilən məşhur "Qızıl qlobus" kino mükafatının 72-ci təqdimat mərasimi maraqlı görüntülərilə yadda qalıb.
ANS PRESS-in məlumatına görə, həmişə olduğu kimi, bu il də kino ulduzları bir-birindən rəngli, iddialı geyimləri ilə qırmızı xalıdan keçiblər. Gecənin aparıcısı olan məşhur müğənni Cennifer Lopez isə sinə dekolteli, dərin yarıqlı geyimi ilə xüsusi diqqət çəkib. Hətta təqdimat sırasında xanım sənətçi zərfi açarkən həmkarı Ceremi Renner onun sinəsini göstərərək, “görürəm qlobusların da var..” deyərək zarafat edib. Onun bu zarafatı gülüşlə qarşılanıb.
Qeyd edək ki, "Ən yaxşı ssenari" nominasiyasında "Bördmen" filmi qalib gəlib. "Ən yaxşı rejissor işi" kateqoriyasında qalib "Yeniyetməlik" kinolentinə görə Riçard Linkleyter elan edilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.