banner
banner

Sosİal

Taksi sürücülərinə vaxt verildi

Taksi sürücülərinə vaxt verildi
Bakıda taksilərə fərqlənmə nişanlarının verilməsi ilə bağlı artıq kifayət qədər iş görülüb.
Bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, Bakıda taksi xidməti göstərən 15 minə qədər fiziki şəxs var: “Artıq 8500-ə qədər taksi xidməti göstərən şəxs fərqlənmə nişanının alınması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib və fərqlənmə nişanı əldə ediblər. Göründüyü kimi taksi xidməti göstərən şəxslərin çoxu fərqlənmə nişanı alıb”.
 
N.Allahyarova deyib ki, Bakıda fəaliyyət göstərən taksilərlə bağlı hələ ki, ciddi qərarlar qəbul edilməyib: “Taksi xidməti göstərən şəxslərə gəlir əldə etdikləri sahədə həmin xidməti daha da təkmilləşdirmək üçün vaxt verilib. Fərqlənmə nişanın verilməsi qaydaları da çox rahatlaşdırılıb. Əvvəllər taksilər bir neçə orqana rüsum ödəyirdi, amma indi cəmi 18 manat ödəməklə fərqlənmə nişanı əldə edirlər. Hələ çalışırıq bir neçə ay fərqlənmə nişanının verilməsini təşviq və təmin edək. Taksi sürücüləri də agentlik yaranmazdan əvvəlki vəziyyətdən əziyyət çəkdikləri üçün çox narahatdırlar. Ancaq indi vəziyyət düzəlib, fərqlənmə nişanı almaq çox asanlaşıb. Bir neçə ay sonra Dövlət Yol Polisi ilə birgə monitorinqlər keçiriləcək və fərqlənmə nişanı olmayan taksilərlə bağlı tədbirlər görüləcək”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.