banner
banner

Şou

"Sevgilim var" - Röya

"Sevgilim var" - Röya

Əməkdar artist Röya Ayxan ATV-də yayımlanan “Qadına görə” verilişinin qonağı olub. 
Müğənni formada qalma sirrini açıqlayıb.
O bildirib ki, ac qalaraq arıqlayır:

“Bir gün hər şey yeyirəm – xaş, piti. Səhəri isə ac qalıram. Mənim gözəllik sirrim məhəbbət, sevgidir. Burnumdan başqa heç bir plastik əməliyyat etdirməmişəm. Etdirənə pis baxmıram. 40 yaşıma çatanda yəqin etdirəcəm".

Özünü güclü qadın adlandıran Röya “Sevgilin var” sualına belə cavab verib:

“Sevgilim var. Ondan qarşılıqlı sevgi, enerji, hörmət görmüşəm. 

Eyni zamanda da güclü qadınam. Məni güclü edən insanlara sevgim, inamımdır. Hamı elə bilirlər ki, həyatımda hər ay, hər il həyatında yeni kimsə var. Başa düşmürlər ki, tanındıqca qorxursan”.

İfaçı qorxusundan da bəhs edib:

“Ən böyük qorxum yaşlananda nə edəcəyimdi. Oturub düşünürəm ki, Hüseyn (oğlu – red.) böyüyəcək, evlənəcək, “evə gəl” deyəcəm gəlməyəcək. Bunları fikirləşəndə qorxuram”.

R.Ayxan baxımsız qadınları bəyənmədiyini söyləyib:

“Baxımsız qadınları sevmirəm, onlara əsəbiləşirəm. Evdə olsan belə, özünə baxmalısan. Ətrafımda belə qadınlar var, onlarla həmişə dava edirəm”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.