banner
banner

Dünya

Trampın Pentaqon rəhbəri postuna namizədi məlum olub

Trampın Pentaqon rəhbəri postuna namizədi məlum olub
Bu gün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqon rəhbəri postuna namizəd kimi Dəniz Piyadaları Korpusunun generalı Ceyms Mettisi düşündüyünü təsdiqləyib.
APA-nın məlumatına görə, D. Tramp bu barədə “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
D. Tramp Pentaqon rəhbəri kimi düşündüyü C. Mettislə dünən keçirdiyi görüşün onda böyük təəssürat yaratdığını bildirib.
Qeyd edək ki, D. Tramp bundan öncə C. Mettisin Pentaqon rəhbəri postuna namizədliyi barədə düşünəcəyini bəyan etmişdi. D. Tramp dünən C. Mettis ilə keçirdiyi görüşdən əvvəl ona  müdafiə naziri postunu təklif  edib-etməyəcəyi barədə suala da konkret cavab verməmiş, bu məsələyə baxacağını bildirmişdi. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.