Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxıb. Qol.az-ın xəbərinə görə, Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Guimaraeş” komandası olub. Kamran Ağayev meydana start heyətində çıxıb. Emin Mahmudov isə ehtiyatda qalıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 90+1-ci dəqiqədə “Boavişta” azlıqda qalıb. 118-ci dəqiqədə “Vitoriya Guimaraeş” qələbə qolunu vurub. 1:2 hesabı ilə uduzan həmyerlilərimizin komandası kubokla vidalaşıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.