banner
banner

Dünya

Əsəd: “ABŞ SSRİ-nin dağılmasından sonra…”

Əsəd: “ABŞ SSRİ-nin dağılmasından sonra…”
ABŞ SSRİ-nin dağılmasından sonra dünya ölkələrinə liderlik etmək istəyir.
Bunu İran mətbuatına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib. Onun sözlərinə görə, ABŞ onun hakimiyyətinə tabe olmayan bütün ölkələri yox etməyi özünə hədəf seçib:
“Bu siyasət, xüsusilə, yeni güclərin ortaya çıxmasından sonra aktivləşib. Qüvvələr balansının dəyişməsi Amerikanın istəmədiyi bir şeydir. Təbii olaraq, Amerika hegemoniyasına qarşı olan ölkələrə hücum Vaşinqtonun planları içərisindədir. 2003-cü ildə İranın nüvə proqramına qarşı tətbiq etdikləri ssenarini indi Suriyaya tətbiq edirlər. Terrorizm, psixoloji savaş, iqtisadi müharibə kimi vasitələr bütün sahələrdə istifadə edilir. Suriyaya qarşı ən önəmli vasitə isə media idi. Bununla bütün Suriyanı öz təsirləri altına almağa çalışdılar. Onların əsas hədəfi Suriya dövlətinin, xalqın tarixi kimliyinin və inancımızın yox edilməsidir, amma bunu dillərinə gətirmək istəmirlər”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.