banner
banner

Dünya

Çin də dəstəklədi: Türkiyə “Şanxaya” gedir

Çin də dəstəklədi: Türkiyə “Şanxaya” gedir
Çin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istəyinə münasibət bildirib.
 
Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Ginq Şuanq Türkiyəni təşkilatda görmək istədiklərini bildirib:
 
“Türkiyə Avrasiya məkanında çox önəmli bir ölkədir və ŞƏT ilə əməkdaşlıq arzusuna böyük önəm veririk. Pekin üzv ölkələrlə təşkilatın hüquqi statusunu müzakirə etməyə hazırdır”.
 
Xatırladaq ki, Pakistan və Özbəkistan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan AB ilə danışıqların ləğv ediləcəyi xəbərdarlığını edib:
 
"Breksit” mənə görə gözəl bir hadisə oldu. Yəni Avropada digər ölkələr də bu yolu seçə bilər. Fransadan, İtaliyadan artıq bu tip fikirlər səslənir.
 
Bəziləri tənqid edə bilər, ancaq mənim fikrim Şanxay Əməkdaşlıq Təşkilatıdır. Niyə də olmasın? Bunu cənab Putin və Nazarbayevə də dedim. 5 ölkənin iştirakı ilə qurulan bu təşkilata sonradan Özbəkistan, Pakistan, Hindistan kimi ölkələr də daxil oldu. İran da daxil olmaq istəyir. Cənab Putin "bunu müzakirə edirik”, - dedi. Ümid edirəm ki, Türkiyənin təşkilata üzvlüyü ölkəmizə əlavə üstünlük qazandıracaq”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.