“Azərbaycanda İİV-ə yoluxanların 40 faizi müalicə alır”
Azərbaycanda İİV-ə (İnsanın immunçatışmazlığı virusu) yoluxanların 40 faizindən az hissəsi müalicə kursu keçir. Modern.az saytı xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramının yeni hesabatında deyilir.
Hesabata görə, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində İİV-ə yoluxanların müvafiq olaraq 45-89 faizi öz statusundan xəbardardır. Eyni zamanda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Ukrayna və Tacikistanda sözügedən xəstəliyə yoluxan insanların 40 faizə qədəri müalicə kursu keçir.
Bildirilir ki, bu gün dünyada 37 milyon İİV xəstəsi var və onların cəmi 18,2 mln. nəfərinin antiretrovirus terapiyası etdirmək imkanı var.
Qeyd edək ki, dünyada hər gün 6 min nəfər İİV-ə yoluxur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.