banner
banner

Dünya

Ərdoğandan “cinsi istismar” açıqlaması...

Ərdoğandan “cinsi istismar” açıqlaması...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə son zamanlar ən çox müzakirə olunan “cinsi istismar” qanununa münasibət bildirib. 

Ərdoğan, hökumət, ictimaiyət və müxtəlif təbəqələrdən gələn reaksiyaların da diqqətə alınmasının vacibliyini vurğulayıb. Ərdoğan həmçinin qeyd edib ki, qərar böyük etirazlara səbəb olduğu üçün yenidən nəzərdən keçirilməlidir. 
Qeyd edək ki, Türkiyədə erkən yaşda evləndirilən gənclərin həbsini önləyən qanun müzakirəyə çıxarılmışdı. Qanunun təcavüzçüyə haqq qazandırması kimi anlaşılması ciddi etirazlara səbəb oldu. Müxtəlif partiyalar, ictimai birliklər qanuna etiraz etdi. Bölgələrdə etiraz aksiyaları keçirildi. Bundan sonra, ədliyyə naziri Bekir Bozdağ açıqlama verərək qanunun yanlış anlaşıldığını, təcavüzçüyə əfv verilməsinin müzakirə mövzusu belə olmadığını bildirmişdi. Bozdağ təcavüz edənlərin cəzasının daha da artırıldığını, bu qanunun erkən evləndirilərək həbsə düşənləri əhatə etdiyini izah etmişdi. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.