banner
banner

Sosİal

Salyan postunda rüşvət olayı

Salyan postunda rüşvət olayı

Sürücü Fəxriyyə Kazımova Salyan postunda yol polisi əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı Avtosfer.az saytına müraciət edib.

Xanım sürücü bildirib ki, ötən il dekabrın 28-də Salyan postundan bir kilometr keçdikdən sonra postun əməkdaşları onun avtomobilini saxlayaraq saxlama işarəsinə məhəl qoymamaqda günahlandırıblar.

Sürücü bildirir ki, postun əməkdaşlarına yol polisinin ona saxlama əmri vermədiyini dedikdən sonra yol polisi əməkdaşları başqa bəhanə taparaq sürücünü sürət həddini aşmaqda günahlandırıblar:

"Həmin gün avtomobili mən idarə etməsəm də, sürücünün yanında əyləşmişdim. Biz postu keçdikdən bir qədər sonra saxladılar ki, sizə «saxla» işarəsi verdik, postda dayanmadınız. Mən onlara qəti şəkildə bildirdim ki, siz bizi postda saxlamamısınız. Bundan sonra sənədlərimi alıb baxdılar. Cəriməmin olmadığını gördükdə dedilər ki, sürət həddinin 60 km/saat olduğu yolda 110-la hərəkət etmisən.

Onlardan bunu təsdiqləyən fakt tələb etsəm də, mənə kameradan heç nə təqdim etmədilər. Dedilər ki, qanunla sənə üst-üstə 250 manat cərimə düşür, bu məbləğin yarısını ödəyib cərimədən azad ola bilərsən. Mən sürət həddini pozmadığımı, o qədər pulumun da olmadığını dedikdən sonra bildirdilər ki, 20 manat cərimə yazılacaq, əlavə 15 manat də "hörmət" etsəm məsələ yoluna qoyula bilər. Naəlac qalıb yol polisinin 20 manat cərimə, 15 manat rüşvət təklifi ilə razılaşdım. Yol polisi avtomobili idarə edən sürücüyə 20 manat cərimə yazdıqdan sonra onlara 15 manat verərək yola düşdük. Bu postdan demək olar ki, bütün sürürüclər narazıdır. Yol polisləri əsas olmadan gələni də saxlayır, gedəni də. Sürət həddini pozmaq adı ilə saxladıqları sürücülərdən rüşvət tələb edirlər. Əgər mən sürət həddini aşmışdımsa, niyə mənə qanuna müvafiq şəkildə cərimə yazmağa yox, rüşvət almağa üstünlük verdilər? Bu postda yol polisi əməkdaşlarının rüşvət tələbinə son qoyulmalıdır».



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.