banner
banner

Dünya

Rusiyada 24 məktəbli zəhərləndi

Rusiyada 24 məktəbli zəhərləndi

Rusiyanın Perm vilayətinin Vereşaqino şəhərində 20-dən çox məktəbli "kəskin enterokolit" diaqnozuyla xəstəxanaya yerləşdirilib. 

 
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Federasiyası Baş Prokurorluğuna istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, regional prokurorluq faktla bağlı yoxlama təşkil edib. İlkin informasiyaya görə, uşaqlar məktəbin yemək otağında nahardan sonra kəskin qarın ağrıları və ürək bulanmasından şikayət ediblər.  Zəhərlənmə ilə əlaqədar Vereşaqino Mərkəzi Rayon Xəstəxanasına "kəskin enterokolit" diaqnozuyla 2-4-cü siniflərdə oxuyan 24 şagird yerləşdirilib. Onların vəziyyəti orta ağır qiymətləndirilir. 
 
Prokurorluq məktəbin qida məhsulları ilə təminatının "Vereşaqino Uşaq Qida kombinatı" tərəfindən həyata keçirildiyini müəyyənləşdirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.