banner
banner

Dünya

Türkmənistan prezidentinin oğlu deputat seçilib

Türkmənistan prezidentinin oğlu deputat seçilib
Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov Türkmənistan Məclisinin deputatı seçilib. 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan Televiziyası bildirib. Türkmənistan MSK-sı bildirir ki, noyabrın 22-də üç seçki dairəsi üzrə keçirilmiş səsvermənin nəticələrinə əsasən, Ahal vilayəti  24-cü seçki dairəsi üzrə Sərdar Qurbanquluyeviç Berdıməhəmmədov qələbə qazanıb.   
Telesüjetdə digər iki seçki dairəsi üzrə Gövhər Bayramova və Yusifqulu İşayevin seçildiyi bildirilib. MSK-nın iclasında yeni seçilmiş deputatlara vəsiqələr təqdim olunub.  
Qurbanqulu Berdıməhəmmədov 2007-ci ildən Türkmənistana rəhbərlik edir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.