“Anderlext”in baş məşqçisi: Qalib gəlsək, bundan da çox güləcəyəm
Xəbə verdiyimiz kımı Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ” sabah Belçikanın “Anderlext” klubunu qəbul edəcək.
Musavat.com xəbər verır kı “Anderlext”in baş məşqçisi Rene Veyler oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Veyler heyətdə bir neçə zədəlilərinin olduğunu deyib:
- Sabahkı oyunda bir neçə zədəlimiz var. Aleksandru Kipçu bu oyunda bizə kömək edə bilməyəcək.
- Son oyunlarda komandanın zəif oyunuyla bağlı tənqidlər oldu...
- Bu tənqidlərlə razılaşmıram. Öz oyunumuzla bunu sübut edəcəyik. Məncə, tənqidlərin heç biri haqlı deyildi.
- İddialara görə sizinlə oyunçular arasında münasibətlər soyuyub...
- Buna oyunçular daha yaxşı cavab verib. Məşqlər həmişəki kimi qaydasındadır. Heç bir problem yoxdur.
- Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz? Rəqibin hansı xüsusiyyətlərini qeyd edərdiz? Sizcə, “Qəbələ”nin zəif nöqtələri nələrdir?
- Məncə, bu suala cavab vermək düzgün deyil. “Qəbələ”nin zəif nöqtələrini açıqlamaq istəməzdim. Rəqib güclü komandadır. Bu komandanın keçmiş oyunlarını izləmişik. O ki qaldı rəqibin üstün cəhətlərinə, bunu sabah görəcəyik. Sabah rahat oyun olmayacaq. Rəqibin üstünlüyü ondadı ki, ilk dəqiqələrdən çox təzyiq edirlər.
- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk sabahkı oyunda ekperimental heyətə şans verəcəyini deyib...
- Hansı heyətin çıxmasından asılı olmayaraq, bu oyuna yaxşı hazırlaşmışıq.
- “Qəbələ” bu mövsüm Avropa Liqasında bütün ev oyunlarında qol vurub. Bunu nəzərə alıb oyunu müdafiədən quracaqsız?
- Bundan xəbərdarıq. Bu komanda Azərbaycanın ən güclülərindəndir. Ölkə çempionatında da ev oyunlarında bir qayda olaraq qalib gəlirlər. Ancaq bizim əsas məqsədimiz sabahkı oyundan 3 xalla ayrılmaqdır.
- Bilirsiz ki, Belçika klubları Bakıda nəinki qələbə qazanmaq hətta qol belə vurmayıb. “Anderlext” öz isə Bakıdan iki dəfə məğlub ayrılıb. Bir də ki, mətbuat konfransında çox gülərüz görünürsüz. Sabah məğlub olsaz, yenə belə gülərüz olacaqsız?
- Ola bilər, müəyyən statistik göstəricilər rəqibin xeyrinə olsun. Ancaq mən statistikanı nəzərə almıram. Məqsədimiz sabah qalib gəlməkdi. Məncə, statistika zibil qutusuna atılmalıdı. O ki qaldı ikinci suala, oyundan sonra görərik. Qalib gəlsək, bundan da çox güləcəyəm. Məğlub olsaq isə yenə həmişəki kimi olacağam.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.