Türkiyədə FETÖ ilə əlaqəsi olduğuna görə 7586 polis işdən çıxarılıb.
Azvision.az xəbər verir ki, işdən azan olunan şəxslər arasında Rəcəb Tayyib Ərdoğan baş nazir olarkən onun şəxsi helikopterini idarə edən pilot Hüseyn Başak da var.
O, VIP dizaynlı “Sikorsky S-70A” helikopterinin pilotu olub.
Qeyd edək ki, H.Başak bu ilin 22 may tarixində İzmir Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində tutulub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.