banner
banner

Dünya

52 illik müharibəyə son qoyulur

52 illik müharibəyə son qoyulur

Kolumbiya hakimiyyəti ilə Kolumbiya İnqilabçı Silahlı Qüvvələr (FARC) arasında yeni bir razılaşmaya imza atılıb. Modern.az saytı xəbər verir ki, Publika.az-ın məlumatına görə, Kolumbiya prezidenti Juan Manuel Santos və FARC-ın lideri Rodrigo Londononun paytaxt Boqotada imzaladığı yeni razılaşmada təxminən 60 dəyişiklik edilib.

Qeyd edək ki, hökumət ilə FARC arasında oktyabrın 2-də imzalanan ilk razılaşma referendumdan keçməmişdi. Kolumbiya hakimiyyəti ilə FARC arasında 52 ildən sonra imzalanan sülh sazişinə xalqın 50,24 faizi “xeyr” demişdi.

Qeyd edək ki, FARC 1964-cü ildən Kolumbiya hökuməti ilə silahlı mübarizə aparırdı. 250 min insan bu münaqişənin qurbanı olub, 6 milyon insan öz evindən didərgin düşüb. Kolumbiya hökuməti ilə FARC arasında barışığa dair danışıqlar 2012-ci ilin noyabrında Havanada başlayıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.