banner
banner

Dünya

ABŞ bizə əngəl olmasın - Rusiya

ABŞ bizə əngəl olmasın - Rusiya
Əgər ABŞ terrora qarşı mübarizə aparmayacaqsa, onda bizə maneə olmasın.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
 
“Bizim ehtimallarımız doğru çıxdı. Terrorla mübarizə Ağ Evin gündəmində deyil. ABŞ müzakirələrə maneə oldu. Müxalif qüvvələrlə terrorçuları ayırd etmək vəzifəsini yerinə yetirmədi. İndi də ABŞ 2014-cü ildən bəri Suriyadakı uğursuzluqlarını pərdələmək üçün Rusiyanın antiterror əməliyyatlarına maneə olur”, - Konaşenkov bildirib.
 
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Suriyada rus təyyarələrinə yanacaq daşıyan tankerlərə yardım edilməməsi barədə çağırış edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.