banner
banner

Dünya

ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb
ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışı zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
APA-nın “New York Daily News” qəzetinə istinadən verdiyi xəbərə görə, Nyu-Cersi ştatında “Macy's” univermağının qarşısında naməlum şəxs iki gənci  güllələyib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.
 
Nevada ştatının Reno şəhərində, “Walmart” hipermarketinin avtomobil dayanacağında bir alıcı digərini güllələyərək öldürüb. Cinayətkar hadisə yerindən qaçıb.
 
Daha 3 nəfər Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində güllə yarası alıb.
 
Məlumata görə, son sutka ərzində ticarət mərkəzlərində azı 4 silahlı insident baş verib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.