banner
banner

Sosİal

Növbəti virtual fırıldaq... - Video

Növbəti virtual fırıldaq...
Mənə kontur yüklə, nömrəmi verəcəm, tanış olaq.
 
Sosial şəbəkələrdə bu cür elanlar qoyan saxta profil sahibləri konturu əldə edəndən sonra dərhal həmin şəxsi blok edir və yoxa çıxırlar. Ancaq həmin şəxslər bu əməllə cinayət törətmiş olduqlarından xəbərsizdirlər. Belə halla rastlaşan vətəndaşlar şikayət edərsə, polis belə dələduzları asanlıqla taparaq məsuliyyətə cəlb edə bilər.
 
Prosedur çox sadədir. Saxta profillərə nəzər salan adamlara dərhal mesaj göndərilir və kontur yükləyəcəyi təqdirdə onunla görüşəcəyini deyir. Konturun şifrəsini əldə etdikdən sonra isə həmin adamı blok edərək növbəti qurban axtarışına çıxır.
 
Mütəxəssislər bildirir ki, belə halla rastlaşan vətəndaşlar dərhal polisə məlumat verməlidirlər. Belə şəxsləri isə Azərbaycan qanunvericiliyinə görə ciddi cəzalar gözləyir. Əgər bu yolla vətəndaşlara 100 manata qədər zərər vurularsa, bu kiçik talama hesab edilir.
 
Əgər saxta profillərin sahibləri bu işlə mütəmadi olaraq məşğul olsalar, artıq törətdikləri əməl dələduzluq cinayəti sayılır.
 
Ekspertlər bildirir ki, vətəndaşlar belə halla rastlaşmamaq üçün ehtiyatlı olmalı və yazışma zamanı kontur istəyən şəxslərin birbaşa fırıldaqçı olduğuna əmin olmalıdırlar. Artıq belə bir hadisənin qurbanı olan şəxslər isə dərhal polisə məlumat verməlidirlər./Xezerxeber.com/



Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.