banner
banner

Dünya

İsraildə meşə yanğınlarına görə 40 nəfər həbs edilib

İsraildə meşə yanğınlarına görə 40 nəfər həbs edilib

İsrailin hüquq-mühafizə orqanları ölkə ərazisində baş vermiş meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40 nəfəri həbs edib. 

Bu barədə "Newsru.co.il" məlumat yayıb. Məlumatda həbs edilənlərin İsrail və Fələstin vətəndaşları olduğu bildirilir. Onların ən azı 23 nəfərinə qarşı ittihamlar irəli sürüləcək. Qeyd edək ki, noyabrın 23-də İsraildə güclü meşə yanğınları baş verib. Yanğınlar sonradan ölkənin bir neçə rayonunda davam edib. Bu gün ölkənin bütün ərazisində söndürülmüş yanğınlar nəticəsində ümumilikdə 560 ev tamam və ya qismən zərər çəkib. 80 min insan təxliyə edilib, 180 nəfər xəsarət alıb. Yanğınların söndürülməsinə ölkənin bütün xüsusi təyinatlı aviasiyası iştirak edib. 
Bununla yanaşı, İsrailin yanğınla mübarizə aparan aviasiya qrupuna Azərbaycan, Ukrayna, ABŞ, Türkiyə, Yunanıstan, Kipr, Britaniya, Xorvatiya, Fransa, İtaliya, Misir, İordaniya və Rusiya təyyarələri də kömək edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.