2014-cü ildə Avropa İttifaqı ölkələrinə qeyri-leqal yolla daxil olan miqrantların sayı 276 min nəfəri keçib. APA-nın “İnterfaks”-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin iclasında Aİ-nin miqrasiya siyasəti üzrə komissarı Dimitris Avramopolus bildirib.
Onun sözlərinə görə, bu rəqəm 2013-cü ilin göstəricisindən 138 faiz çoxdur.
Komissarın sözlərinə görə, qanunsuz miqrantların 200 mindən çoxu tək Aralıq dənizinin Avropa sahilindən daxil olub.
Dimitris Avramopolus qeyd edib ki, qeyri-leqal miqrasiya ilə mübarizə üçün kompleks yanaşma gərəkdir, bundan başqa, əlaqələndirmə çox yüksək səviyyədə olmalıdır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.