Azərbaycan çempionatında 13-cü tur çərçivəsində turnir cədvəlində ilk yerləri bölüşən “Qarabağ” Qəbələnin eyniadlı komandası ilə qarşılaşıb.
Birinci hissədə qapılara qol vurulmayıb. İkinci hissənin 64-cü dəqiqəsində Filip Ozopic qəbələləri hesabda irəli çıxarıb. Rimard Almeyda 86-cı dəqiqədə hesabı bərabərləşdirib.
Oyunun əsas hissəsinə əlavə olunmuş dəqiqələrdə Dino Ndlovu “Qarabağ”ın qələbə qolunu rəqib qapısından keçirib.
Beləliklə, Qurban Qurbanovun komandası 13 turdan sonra 31 xal toplayaraq liderliyə yüksəlib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.