İlin sonunadək AZAL 2 milyon sərnişin daşımağı planlaşdırır
2016-cı ilin sonunadək “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2 milyon sərnişin daşımağı planlaşdırır.
Bunu Moskvada mətbuat konfransında AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib: “2014-cü ildə biz 1,7 milyon, 2015-ci ildə 1,8 milyon sərnişin daşımışıq. Bu il isə artıq sərnişinlərin sayı 1,9 milyona çatıb”.
E.Hacıyevin sözlərinə görə, bu gün AZAL-ın aviaparkına 23 təyyarə daxildir, yaxın dörd ildə daha 12 təyyarənin əlavə olunması planlaşdırılır.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.