Ötən gün müxtəlif mətbuat orqanlarını və televiziya kanallarını təmsil edən bir qrup jurnalist Qazax rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən kəndlərində olublar. Ön cəbhədə xidmət edən əsgərlərlə, eləcə də yerli əhali ilə apardılan söhbətlər Azərbaycan ordusunun hər bir əsgər və zabitinin yüksək əhval-ruhiyyədə olduğunu göstərib.
Məlumata görə, keçirilən görüşlər, aparılan danışıqlar bir daha Azərbaycan ordusunun düşmənə hər an layiqli cavab verməyə hazır olduğunu sübut edib.
Jurnalistlər Qazaxın təmas xəttində yerləşən Quşçu Ayrım və Məzəm kəndlərində olarkən sakinlər bildiriblər ki, əhali atəşkəsin ermənilər tərəfindən pozulmasına baxmayaraq öz yaşayış yerlərini tərk etməyib. Onlar Azərbaycan ordusunun gücünə arxalanaraq gündəlik işləri ilə məşğuldurlar. Aparılan söhbətlər zamanı qeyd olunub ki, Qazaxın sərhəd boyu kəndlərində yaşayan sakinlər arasında yüksək əhval-ruhiyyə var. Yerli sakinlər istənilən vaxt Ali Baş Komandan İlham Əliyevin əmri ilə silaha sarılıb işğal altında olan torpaqları azad etməyə hazırdırlar.//AzərTAc
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.