banner
banner

Dünya

Lavrov: “Minskdəki görüşdə heç bir irəliləyiş əldə olunmayıb”

Lavrov: “Minskdəki görüşdə heç bir irəliləyiş əldə olunmayıb”
Minskdə Donbasdakı böhranın nizamlanması ilə bağlı “Normand dördlüyü” formatında (Rusiya, Almaniya, Fransa və Ukrayna)  nazirlər səviyyəsində keçirilən görüşdə  heç bir irəliləyiş əldə olunmayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.  
“Heç bir irəliləyişə nail olunmayıb. Lakin, liderlərin 19 oktyabr tarixli razılaşmalarının şübhə altına alınmaması artıq müsbət bir haldır.   Bu, həmçinin, Minsk sazişlərinə və ötən il oktyabrında Parisdə qəbul olunan qərarlara da aiddir”, - deyə Lavrov qeyd edib.
 
Onun sözlərinə görə, XİN rəhbərləri nazirliklər səviyyəsində və Donbas üzrə təmas qrupu çərçivəsində işin davam endirilməsinə dair razılığa gəliblər.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.