banner
banner

Hərbİ

Yapon ordusu dünyaya meydan oxuyacaq

Yapon ordusu dünyaya meydan oxuyacaq

Yaponiya hökuməti indiyədək rekord həcmdə hərbi büdcə layihəsini qəbul edib. 96.3 trilyon yen, yəni 814 milyard dollarlıq dövlət büdcəsinin 5 trilyon yeni, yəni 42 milyard dolları hərbi büdcənin payına düşür.

ANS PRESS-in məlumatına görə, Yaponiyada hərbi xərclərin 2,8% artırılaraq, rekord həddə çatdırılması Çinlə Şərqi Çin dənizindəki adaların statusu ilə bağlı mübahisənin kəskinləşməsi fonunda baş tutub.

Yaponiyanın baş naziri Sindzo Abe keçirdiyi mətbuat konfransında bildirib ki, Tokio bu il patrul nəqliyyat vasitələri, strateji pilotsuz təyyarələr, F-15 qırıcı təyyarələri və digər hərbi texnika almaq niyyətindədir.

Ötən il Yaponiya parlamenti konstitusiyaya dəyişiklik edərək, yapon ordusunun qlobal arenada fəaliyyət imkanlarını genişləndirib. Yeni sənədə əsasən, Yaponiyanın silahlı qüvvələrindən ölkənin hüdudlarından kənarda da müttəfiqlər tərəfindən istifadə edilə bilər. Bu isə Çinin etirazına səbəb olmuşdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.