banner
banner

Dünya

296 nəfər Mursi tərəfdarı həbs edildi

296 nəfər Mursi tərəfdarı həbs edildi
Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.
Bu şəxslər 2013-cü ildə İsmayiliyə əyalətindəki məhkəmə kompleksinin binasında iğtişaşlar təşkil etməkdə ittiham olunublar. O zaman təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 10 nəfər ölmüşdü.
Qeyd edək ki, noyabrın 15-də  Məhəmməd Mursi haqqında ölüm hökmü ləğv edilib. Lakin o, Qətərə casusluqda ittiham olunaraq 2012-ci ilin dekabrında prezident iqamətgahı qarşısında nümayişçiləri öldürməkdə günahlandırıldığına görə daha 20 il həbsxanada qalacaq.
 
Xatırladaq ki, M. Mursi 2012-ci ildə prezident seçilib. 2013-cü ilin yayında isə hərbçilər tərəfindən devrilib. Çevrilişdən sonra M. Mursi və “Müsəlman qardaşları” hərəkatının bir çox üzvləri həbs edilib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.