banner
banner

Dünya

Polşada mədəndə uçqun baş verib: 8 nəfər ölüb

Polşada mədəndə uçqun baş verib: 8 nəfər ölüb

Ötən gecə Polşanın cənub-qərbindəki Polkoviçedə dağ mədəninin 8 fəhləsi güclü uçqunun qurbanı olub. 

Bu barədə "Mədən" şaxtasının direktoru Pavel Markovski keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, son axtarışlar zamanı daha 3 mədən fəhləsinin cəsədləri tapılıb. "Onların cəsədləri bir-birinin yaxınlığında aşkar edilib. Beləliklə, faciəli hadisə nəticəsində səkkiz nəfər həlak olub", - deyə o əlavə edib. Qeyd edək ki, daha əvvəl uçqun zamanı beş nəfərin öldüyü bildirilirdi. Şaxtada xilasedici əməliyyat demək olar ki, bütün sutka boyu davam edib.  Hadisə ilə əlaqədar Polkoviçedə 4 günlük matəm elan olunub. 
 
Faciə yerinə ölkənin baş naziri və bir neçə naziri gəlib. Ölkə prezidenti həlak olanların ailələrinə başsağlığı verib və yardım göstəriləcəyini bildirib.  Hadisənin başvermə səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.