Ronaldinyo futbolçularının çoxu təyyarə qəzasında dünyasını dəyişmiş “Şapekoense” klubunda oynamaq istəyir. Bu barədə braziliyalı ulduzun qardaşı və meneceri Roberto Assis açıqlama verib: “Baş verənlər çox üzücüdür. Biz hər kəsə bacardığımız qədər kömək edəcəyik. Ronaldinyo “Şapekoense”də oynamaq istəyir. Lakin bunun baş verib-verməyəcəyini əminliklə söyləyə bilmərəm. Biz burdayıq və dəstək olmaq istəyirik”.
Xatırladaq ki, təyyarə qəzası nəticəsində Braziliya klubunun əksər futbolçuları həyatlarını itiriblər.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.