Fransa çempionatının 15-ci turunda PSJ öz meydanında “Anje”ni 2:0 hesabı ilə məğlub edib. Oyunun 66-cı dəqiqəsində Edinson Kavani penaltidən fərqlənib. Bu, uruqvaylı forvardın Paris klubunun heyətində vurduğu 100-cü qoldur. Yubiley qoluna təcrübəli forvard 166-cı oyunda imza atıb. Qeyd edək ki, Kavaniyə qədər PSJ-nin heyətində Dominiko Roşto, Pedro Pauleta və Zlatan İbrahimoviç 100 qol həddini aşıblar.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.