banner
banner

Dünya

Poroşenko: Ukrayna başlardakı SSRİ-ni basdırmaq üçün vuruşur

Poroşenko: Ukrayna başlardakı SSRİ-ni basdırmaq üçün vuruşur

"Sovet İttifaqı hələ də basdırılmayıb, o, insanların "başlarında"dır". 

 
"Report" xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Polşada "Liderlik forumu" silsiləsindən keçirilən konfransda çıxışı zamanı deyib. 
 
"Sovet İttifaqı nə sənəddə, nə də Belovej cəngəlliyindədir. Sovet İttifaqı başlardadır. Və bu mənada Sovet İttifaqı hələ də basdırılmayıb. Və, açıq danışdığım üçün üzr istəyirəm, Ukrayna indi bəzilərinin başlarında olan Sovet İttifaqının basdırılması üçün vuruşur, çünki müharibə üçün bir bəhanə mövcud deyil",— deyə Ukrayna lideri bildirib. 
 
Poroşenko əlavə edib ki, 25 il əvvəl Ukrayna müstəqillik əldə edib, "çünki artıq doğrudan da Sovet İttifaqının tərkibində olmaq və daha Sovet koloniyası olmaq istəmirdi". "Sovet koloniya keçmişinin yeni və köhnə versiyaları, dəqiq bizim üçün deyil. Bizim üçün olan Avropanın birliyidir", - deyə o qeyd edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.