Evi olmayanların ən böyük arzusu əlbəttə ki, mənzil alıb rahat həyat yaşamaqdır. Kirayədə yaşamaq həm insanların büdcəsinə ziyan vurur, həm də diskomfort hissi yaradır. Bəzən vətəndaşlar min bir əziyyətlə qazandıqları pulla mənzil sahibi olmaq istəyərkən problemlə qarşılaşırlar. Belə ki, bəzi fırıldaqçı tikinti şirkətlərinin rəhbərləri vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq əməli törədirlər. Son illər bununla bağlı məsələlər daha da aktuallaşıb. Cia.az "ekspress.tv"ə istinadən həmin məsələlərdən birini təqdim edir:
Havayı pul qazanmağın yolunu tapan bəzi tikinti şirkətləri vətəndaşların pulunu alıb aradan çıxırlar.
Ya binanı tikmirlər, ya da tikdikləri bina maliyyə vəsaitinin azlığı üzündən yarımçıq qalır. Bir neçə ay öncə həbs edilən «A.M.A.Y» Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevə məxsus olan «Xudafərin» MMC də vətəndaşlara külli miqdarda ziyan vurub. Bu barədə əvvəlki saylarımızda yazı dərc etmişdik. Bir daha bildirək ki, Abdulla Abdullayevin himayəçisi olduğu «Xudafərin» Məhdud Məsuliyyətli Cəmiyyəti «Ayna Sultanova» heykəlinin yaxınlığında bina tikməyə başlayıb. Təxminən, 300 nəfər vətəndaş 2002-2003-cü illərdə Atatürk prospektində 30/78 (A) yaşayış binasının tikilməsi üçün «A.M.A.Y» şirkətinə məxsus olan “Xudafərin” MMC-yə 12 milyon ABŞ dollarından artıq pul ödəyiblər. Bununla əlaqədar bağlanmış müqaviləyə əsasən, 2006-cı ilin fevral-mart aylarında bina istifadəyə verilməli imiş.
Lakin bu günə kimi bina istifadəyə verilməyib. Şikayətçilər dəfələrlə dövlət strukturlarına müraciət etsələr də, problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Hələ bu azmış kimi, ötən illər ərzində firma tikinti işlərinin aparılması bəhanəsi ilə sakinlərdən 500 min dollardan çox əlavə vəsait toplayıb. Şirkət rəhbərliyinin əməllərindən əziyyət çəkən vətəndaşlardan bir neçəsi redaksiyamıza müraciət edərək bu işlərdə Abdulla Abdullayevin bir başa xəbəri olduğunu bildiriblər.
Şirkət numayəndələri ilə əvvəllər münasibət olduğunu amma fırıldaq iş gördüklərini bilməyiblər. Sonradan öyrəninlər ki, şirkətin rəhbər işçiləri bir mənzili 10-15 adama satıblar. Şirkətdə tez-tez direktor dəyişikliyi olur. Dərhal pulu verdiyim şəxslə əlaqə saxlayıb mənzildən imtina etdiklərini deyiblər. Vətəndaşlara məxsus olan mənzillərdən başqa başqa adamlara da satılıb. Eynilə bizə təqdim etdikləri sənədləri həmin şəxslərə də vermişdilər. Bir neç ildir ki, məni bizi get-gələ salırlar. «Xudafərin» MMC-nin təsisçisi Anar Məmmədov adlı şəxsdir. Həm o, həm də Məğrur Abdullayev gündə bir vəzifəli şəxsin adından istifadə edirlər.
Şirkətdən ya evimizi yada pulumuzu tələb edirik. Yüksək rütbəli şəxslərin adını çəkməklə bizi qorxutmağa çalışırlar. Bizim kimi onlarla adama atıblar. Bir evi bir neçə nəfərə satıb camaatı yaman günə qoyublar». Yazılan tənqidlərə baxmayaraq, Abdulla Abdullayevin qardaşı oğlu Məğrur Abdullayev vətəndaşlara vurduğu maddi ziyanı ödəmək istəmir. Etibarlı mənbələrdən aldığımız bilgilərə görə, həbsdə olan iş adamının qardaşı oğlu özündən razı hərəkətlər edərək insanları qıcıqlandırır: «Xudafərin» Məhdud Məsuliyyətli Cəmiyyətinə mənzil almaq üçün pul ödəyən insanlar əlacsız qalıblar. Onlar kimdən kömək istəyəcəklərini bilmirlər. Vətəndaşlardan yığılan 12 milyon dollardan artıq pulun hansı işlərə xərcləndiyini Məğrur Abdullayev yaxşı bilir.
İstintaq orqanları biznesmenin qardaşı oğlunu məsuliyyətə cəlb etmək əvəzinə onun azadlıqda gəzməsinə şərait yaradırlar. Abdulla Abdullayevin həbsdə olması kimlərisə çaşdıra bilər və düşünərlər ki, «A.M.A.Y»ın sahibi həbs olundu hər şey bitdi. Abdulla Abdullayevin çöldəki bütün işlərini Məğrur Abdullayev görür. İş adamının sahibi olduğu ticarət obyektlərinin sayı-hesabı dəqiq bilinmir. Məğrur Abdullayev hər ay bu obyektlərdən icarə pullarını yığıb bir hissəsini əmisinin xarici banklardakı hesabına köçürür, bir hissəsini isə özünə xərcləyir. 12 milyon dollardan çox pulu batan insanlar isə buna baxıb qəzəblənirlər.
«Xudafərin» MMC-dən mənzil almaq üçün pul ödəyən insanlar ah-nalə çəkirlər». Fikrimizcə, Abdulla Abdullayevin ayağına yazılan 20 milyon dollarda çox yeyintidə Məğrur Abdullayevin də payı var. bunu nəzərə alıb əlaqədar dövlət qurumlarının rəhbərliyindən xahiş edirik ki, bu şəxsin barəsində təcili olaraq bir ölçü götürsünlər. Yoxsa o, vaxtilə əmisinin törətdiyi əməllərdən daha pisinə imza atacaq.
Qarşı tərəfin də münasibət bildirmək hüququ var.



Cia.az


