banner
banner

Sağlamlıq

Ürək problemi olanlara xəbərdarlıq

Ürək problemi olanlara xəbərdarlıq

Mütəxəssislər deyirlər ki, hava soyuq olanda ürək bədən temperaturunu müəyyən bir səviyyədə tutmaq üçün normadan daha çox işləyir.

Bu zaman daha çox işləyən ürəyin oksigenә ehtiyacı da artır.

Soyuq hava orqanizmdəki damarların daralmasına yol açır ki, bu da qan təzyiqinin yüksəlməsinə səbəb olur.

Havanın soyuması ilə birlikdə ortaya çıxan dəyişikliklərdən biri də hormonal dəyişikliklərdir. Bəzi maddələrin bədəndə artması, mövsümdən asılı olaraq, ürək xəstəliklərinin çoxalmasına gətirib çıxarır. Eyni zamanda, qanda laxtalanma artır, bu da infarkt ilə nəticələnə bilər.

Alimlər məsləhət görürlər ki, ürək problemləri yaşayan insanlar bacardıqları qədər özlərini soyuq havadan qorusunlar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.