|
Bu gün İtaliya A seriyasında Roma derbisi keçirilib. Qol.az-ın xəbərinə görə, “Roma” səfərdə “Latsio”ya 2:0 hesabı ilə qalib gəlib. Qolları Kevin Strootman (64-cü dəq.) və Radja Nainggolan (77) vurublar. 15 oyundan 32 xal toplayan “Roma” 2-ci, “Latsio” 28 xalla 5-ci yeri tutur. Lider “Yuventus”un 15 oyundan 36 xalı var. Cia.az
|


