banner
banner

Dünya

Rusiya Avropada daha bir ölkəni neytrallaşdırdı

Rusiya Avropada daha bir ölkəni neytrallaşdırdı
Avstriyanın yeni Prezidenti Van der Bellenin Rusiya ilə yaxşı münasibətlər yaradacağını düşünürəm. O, həmçinin ölkəsinin önəmini AB və dünyaya xatırladacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri avstriyalı politoloq Frans Fişler RİA-a açıqlamasında deyib.
 
“Fikrimcə, Bellen elə insandır ki, o, Rusiyanın dünya və Avropa ölkələri üçün önəmini dəyərləndirməyi bacaracaq. Həmçinin rəsmi Moskva ilə yaxşı əlaqələr yaratmağa da cəhd edəcək. Düşünürəm ki, Avstriyadakı bu seçkilərin nəticələri Avropa üçün ən yaxşı hal sayılmalıdır”, - Fişler bildirib.
 
Qeyd edək ki, politoloq bu nəticələrin Avropadakı sağ radikal qüvvələrə ciddi mesaj olduğunu da əlavə edib.
 
Xatırladaq ki, Avstriyada baş tutan seçkilərdə Yaşıllar Partiyasının namizədi Aleksandr Van Der Bellen 53.3 faiz səslə rəqibi Nofer Hoferə qalib gəlməyi bacarıb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.