banner
banner

Dünya

Finlandiyada şəhər meri və 2 jurnalist güllələnib

Finlandiyada şəhər meri və 2 jurnalist güllələnib

Finlandiyanın yerli  dövlət orqanları ölkənin cənub şərqindəki İmatra şəhərində 3 nəfərin güllələnməsi haqda məlumat yayıb.

 
"Report" "MIG News"a istinadən xəbər verir ki, naməlum şəxslər 3 nəfəri güllələyərək gizləniblər. Polis faktı təsdiqləyib. Hadisənin təfərrüatı barədə ətraflı məlumat verilmir. Yerli polis rəisi cinayət hadisəsi ilə əlaqədar açıqlama veriləcəyini bildirib. "Accosiated Press" isə öldürülmüş şəxslərin şəxsiyyətini açıqlayıb. Məlumata görə, hadisə "Vuoksenvahti" restoranında baş verib. Öldürülən şəxslərdən biri İmatra şəhərinin meri, 53 yaşlı Tiyn Vilen-Yalpinen və digər 2 şəxs isə jurnalistlərdir.  
 
Agentliyin məlumatına görə, cinayəti 23 yaşlı şəxs törədib. O, əvvəllər də həbsxana həyatı yaşayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.