banner
banner

İdman

İbrahimoviç: “Onu qəsdən vursaydım...”

İbrahimoviç: “Onu qəsdən vursaydım...”

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç İngiltərə Premyer Liqasının 14-cü turunda “Everton”a qarşı keçirilən oyunda (1:1) rəqib futbolçu Şeymus Koulmanla toqquşmasından danışıb. 

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, isveçli forvard rəqib futbolçuya qəsdən zərbə endirmədiyini bildirib: 

“Bu, top uğrunda ağır fiziki mübarizə idi. Eşitdiyimə görə, şərhçilərdən biri mənim Koulmana qəsdən zərbə endirdiyimi söyləyib. İnanın, kimisə vurmaq istəsəm, bunu necə edəcəyimi bilirəm. Onu qəsdən vursaydım, özündən getmişdi”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.