banner
banner

Gündəm

Ərəb şeyxinə ərə gedən azərbaycanlı idmançıdan müraciət

Ərəb şeyxinə ərə gedən azərbaycanlı idmançıdan müraciət

Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi ilə bağlı xəbərin yayılmasından sonra mediaya müraciət edib.

Cia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o öz müraciətində aşağıdakıları qeyd edib:

“Əziz dostlar, hörmətli media nümayəndələri! Biz sizinlə uzun zaman əməkdaşlıq etmişik. Bu illər ərzində mən hər zaman sizlərə böyük hörmət bəsləmişəm və ümidvaram ki, siz də mənə qarşılıqlı cavab verəcəksiniz.

Sizdən xahiş edirəm ki, mənim icazəm olmadan ailəm barədə bir daha mediada heç bir məlumat paylaşmayasınız.

Mənim ailəm – mənim şəxsi həyatımdır. Bu mövzuda mediaya heç bir açıqlama vermək istəməzdim. Xahiş edirəm, mənim istəyimi nəzərə alaraq mətbuatın etik qaydalarına riayet edəsiniz.

Təşəkkür edirəm!”.

Xatırladaq ki, Z. Cavadlı ilə bağlı xəbər “Qafqazinfo”da dünən yayılıb. Xəbərdə bildirilir ki, gimnast 1 il əvvəl Qəbələdə tanış olduğu Əl Məktumla ailə həyatı qurub. Bu ilin iyun ayında isə onların qız övladı dünyaya gəlib.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.