banner
banner

Dünya

Qəzzafinin pullarını Sarkoziyə daşıyana cinayət işi açıldı

Qəzzafinin pullarını Sarkoziyə daşıyana cinayət işi açıldı
Fransanın keçmiş prezidenti Nikola Sarkoziyə 2007-ci il prezident seçkilərində maddi yardım edən iş adamı Ziad Takiaddinə cinayət işi açılıb. O, Liviyanın keçmiş lideri Müəmmər Qəzzafinin göstərişi ilə milyonlarla dolları Sarkoziyə təhvil veribmiş.
Paris məhkəməsi livanlı iş adamının həbs edilməsinə göstəriş verməsə də, iki maddə üzrə araşdırmalar başlanılıb. Qeyd edək ki, ötən ay “Mediapart” saytı Qəzzafinin Sarkozinin seçki kampaniyasına maddi yardım etdiyini ilk dəfə açıqlayan iş adamı ilə müsahibəni yayımlamışdı.
 
Ziad Takieddine müsahibədə içində 5 milyon avro olan üç çamadanı müxtəlif vaxtlarda Sarkoziyə və onun seçki kampaniyasını idarə edən Klaud Quenta verdiyini iddia etmişdi. O, pulları Qəzzafinin vaxtında Gizli Xidmət şefi olan Abdullah Senussidən aldığını, bunun üçün 2006-2007-ci illərdə 3 dəfə Parisdən paytaxt Tripoliyə səfər etdiyini deyib:
 
“Bir gün Senussi mənə bu pulları Quenta təhvil verə bilib-bilməyəcəyimi soruşdu. Mən də problem olmadığını, ancaq gömrükdə yaxalanma narahatlığım olduğunu dedim. Cavabında, “Narahat olma, lazımi orqanların bundan məlumatı var" dedi”.
 
Bu müsahibədən sonra Sarkozi və Quent livanlı iş adamının böhtan atdığını iddia edərək onu məhkəməyə vermişdilər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.