Avropa Parlamenti Türkiyə hökumətinin ölkədə söz və ifadə azadlığına qarşı təzyiq göstərməsini sərt şəkildə təndiq edib.
Ötən gün deputatlar məsələ ilə əlaqədar müzakirələr aparıblar. Sonda səsvermə yolu ilə Türkiyəyə xəbərdarlıq edilməsinə dair bəyannamə qəbul olunub. 593 deputatdan 511-i qərarın lehinə səs verib.
Avropalı deputatlar, əsasən, ötən ilin dekabr ayında Zaman qəzeti və Samanyolu televiziyasına qarşı keçirilən reydləri təndiq ediblər.
14 dekabr reydləri zamanı 23 nəfər həbs edilmişdi. Həbs edilənlər arasında jurnalistlərlə yanaşı, produserlər, direktorlar, eyni zamanda, polis rəisləri və əməkdaşları da var idi. Türkiyə hökuməti saxlanılan şəxslərin “paralel hökumət” qüvvələri ilə əlqaəli olduğunu ehtimal edir.
Ötən gün isə, “Cümhuriyyət” qəzeti Məhəmməd (S) peyğəmbərin karikaturasını dərc edən Fransanın “Şarli Ebdo” jurnalınından səhifələr yayımladığı üçün qəzetin redaksiyasına qarşı istintaq başladılıb.//ANS
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.