banner
banner

Gündəm

Allahşükür Paşazadə Şabrandakı 1770 hektar torpaq barədə danışdı

Allahşükür Paşazadə Şabrandakı 1770 hektar torpaq barədə danışdı

“Hər bir məscid orada ibadət edən dindarların öz hesablarına yaşamalıdır. Amma bu gün bütün məscidlər fəaliyyət göstərmək üçün dövlətdən yardım istəyir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə layihəsi əsasında jurnalistlər üçün təşkil olunan “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” adlı iki həftəlik seminarın yekun tədbirində deyib.

QMİ sədri bildirib ki, dində müxtəlif cəryanların ortaya çıxıb yayılması normal qarşılana bilməz: "Hər başına papaq qoyanın özünü molla kimi təqdim etməsi xalqımızın dindarlarımıza olan inamını azaldıb”.

A. Paşazadə QMİ-nin Şabran rayonunda 1770 hektar torpaq sahəsinin olması haqda deyilənlərə da aydınlıq gətirib: "Bir vaxtlar yazırdılar ki, Qafqaz Müsəlmanları İdarəsi 1770 hektar torpağı dövlət əlindən alıb: “O məlumat düzgün araşdırılmadan yazılmışdı. Çünki həmin torpağı biz könüllü şəkildə Özbəkistanın Fərqanə şəhərindən gələnlərə vermişdik”. (“Report”)

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.