Birləşmiş Krallıqda daha bir Ebola daşıyıcısı aşkar edilib.
ASN PRESS-in məlumatına görə, Birləşmiş Krallığa daxil olan Şotlandiyanın paytaxtı Edinburqda bir nəfər tibb bacısı Ebola virusuna yoluxma diqanozu ilə xəstəxanaya yerləşdirilib.
Bu yaxınlarda Afrikadan gəldiyi bildirilən virus daşıyıcısı müalicə üçün Londondakı “Western General Hospital”a köçürülüb.
Tibb bacısının şəxsiyyəti hələlik sirr saxlanılır. Üzəridə analizlər aparılan pasiyent cümə axşamı Ebola virusu simtomlarını hiss edərək həkimə müraciət edib.
Qeyd edək ki, Dünya Bankının ekspertlərinin hazırladığı son məruzədə Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım olduğu bildirilir. Ebola virusundan ölənlərin sayı səkkiz min üç yüz nəfəri ötüb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.